IMG-LOGO
BLOG

Bitki tərkibli sabunların faydaları

08 Feb 2024

Bitki tərkibli sabunlar

 

Gündəlik həyatda istifadə etdiyiniz sabunların tərkibi sağlamlığınıza təsir edir. Hər gün tərkibində müxtəlif kimyəvi maddələr olan sabunları seçmək yerinə həm özünüz, həm də sevdikləriniz üçün təhlükəsiz və tam təbii tərkibli sabun növlərini seçin. Belə ki, bitki tərkibli sabunlar təkcə təmizlik baxımından təhlükəsiz seçim deyil, həm də əsəblərini sakitləşdirən, terapiya təsiri bağışlayan və dəriyə müalicəvi təsir göstərən baxım məhsullarıdır.

 

Lavanda sabunu

 

Lavanda xüsusi olaraq sakitləşdirici təsiri ilə seçilən bir bitki növüdür. Bu bitkinin qoxusu stresi azaltmağa xüsusilə kömək edir. Həmçinin lavanda qoxulu şamlar, sabunlar, ətirlər, lavanda efir yağı məişətdə və gözəllik sektorunda çox geniş miqyasda istifadə olunur.

 

Lavanda sabununun müalicəvi təsirləri

 

LAVANDA sabun üz və bədən dərisinin cavanlığını və sağlamlığını qorumağa kömək edir, zərif təmizləməni təmin edir və əlavə aromaterapevtik effekt verir. Aromaterapevtik təsiri ilə stresi azaltmağa kömək edən Lavanda sabunu ümumi olaraq nevroloji sisteminizi rahatladacaq, həmçinin sizə enerji verəcək.

 

Lavanda sabununun faydaları:

 

  • Dəridəki ləkələri təmizləyir.
  • Dəri quruluğunu aradan qaldırır və dərini parlaqlaşdırır.
  • Saçın yağlanmasını azaldır, saç tellərinin uzamasına kömək edir.
  • Qırışları azaldır.

 

Xüsusilə qış aylarında daha çox qurumağa meyl edən dərinin canlanmasını təmin etmək üçün lavanda sabunu əvəzolunmazdır. Həm üz dərisinə və bədən dərisinə, həm də saçlarınıza tətbiq edə bilərsiniz.

Son Bloqlar